Sahibə Qafarova ilə TBMM Sədri arasında telefon danışığı olub

20:20 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Parlamentdən hafta.az-a verilən məlumata görə, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.